Kənan Serbiyada 6-cı olub
Şpaqaçımız Kənan Əliyev Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən beynəlxalq "Belgrade Trophy" turnirində 6-cı olub.
Mediasport.az xəbər verir ki, qrup mərhələsini 4 qələbə ilə başa vuran qılıncoynadanımız ən güclü 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə serb Lika Nikoliçə 15:12 hesabı ilə qalib gəlib.
Növbəti mərhələdə ukraynalı Roman Samoilovu 15:11 hesabı ilə məğlub edən Kənan "8-liy"ə düşmək yolunda Böyük Britaniya təmsilçisi Ceyms Qoveni (15:10) də mübarizədən kənarlaşdırıb.
Təmsilçimiz yalnız bu mərhələdə məğlubiyyət yaşayıb. O, yarımfinal uğrunda dueldə turnirin qızıl medalçısı niderlandlı Tristan Tulenə uduzub - 8:15.