7 idmançımız Bolqarıstandakı Avropa çempionatında mübarizə aparacaq

7 idmançımız Bolqarıstandakı Avropa çempionatında mübarizə aparacaq

Qılıncoynatma üzrə Azərbaycan milli komandasının iyunun 16-da Bolqarıstanın Plovdiv şəhərində start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

mediasport.az xəbər verir ki, qitə birinciliyində 7 idmançımız medallar uğrunda yarışacaq.

Qadın sablyaçıların şəxsi yarışında Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Palina Kaspiaroviç mübarizə aparacaqlar. Kişi şpaqaçıların şəxsi mübarizəsində isə Kənan Əliyev, Barat Quliyev və Ruslan Həsənov qüvvəsini sınayacaq.

AÇ iyunun 19-da başa çatacaq.