UEFA Millətlər Liqası - Yığmamız səfərdə Farer adalarına qalib gəlib

 UEFA Millətlər Liqası - Yığmamız səfərdə Farer adalarına qalib gəlib

Qadın futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün UEFA Millətlər Liqasının C qrupunda növbəti matçına çıxıb.

Mediasport.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komandamız səfərdə Farer adaları yığması ilə qarşılaşıb.

Bakı vaxtı ilə saat 17:00-da başlanan matç komandamızın qələbəsilə yekunlaşıb - 2:1.

Millimizin qollarını Kristina Bakarandze ilə Manə Mollayeva vurublar.

Siyasət Əsgərovun rəhbərlik etdiyi seçməmiz xal ehtiyatını 7-yə çatdıraraq qrup liderliyinə yüksəlib.

4 xalı olan qrup ikincisi Kipr bir oyun az keçirib.

Komandamız qrupda əvvəlki iki qarşılaşmada Bakıda Kiprlə 1:1 oynayıb, səfərdə Monteneqroya qalib gəlib - 1:0.