AVRO-2024: Niderland millisinin yekun heyəti müəyyənləşib

AVRO-2024: Niderland millisinin yekun heyəti müəyyənləşib

Futbol üzrə Niderland millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.

Mediasport.az xəbər verir ki, baş məşqçi Ronald Kuman Almaniyada keçiriləcək qitə birinciliyinə 25 futbolçu ilə yollanacaq.

"Narıncılar" D qrupunda Fransa, Polşa və Avstriya yığmaları ilə birlikdə mübarizə aparacaqlar.

AÇ-2024 iyunun 14-dən iyulun 15-dək baş tutacaq.

Qapıçılar: Bart Verbrüggen (“Brayton”, İngiltərə), Mark Flekken (“Brentford”, İngiltərə), Castin Beylo ("Feyenoord");

Müdafiəçilər: Natan Ake ("Mançester Siti", İngiltərə), Deyli Blind (“Jirona”, İspaniya), Matteys de Lixt (“Bavariya”, Almaniya), Vircil van Dayk (“Liverpul”, İngiltərə), Ceremi Frimponq (“Bayer”, Almaniya), Stefan de Vriy, Denzel Dumfris (hər ikisi “İnter”, İtaliya), Lutşarel Gertreyda (“Feyenoord”), Mikki van de Ven (“Tottenhem”, İngiltərə);

Yarımmüdafiəçilər: Jorjinyo Viynaldum (“Əl-İttifaq”, Səudiyyə Ərəbistanı), Frenki de Yonq (“Barselona”, İspaniya), Yoey Verman, Yerdi Sxauten (hər ikisi PSV), Teyani Reynders (“Milan”, İtaliya), Tön Kopmeyners (“Atalanta”, İtaliya), Rayan Qravenberx (“Liverpul”);

Hücumçular: Stiven Berqvayn, Brayan Brobbi (hər ikisi “Ayaks”), Memfis Depay (“Atletiko”, İspaniya), Vout Veqorst (“Hoffenhaym”, Almaniya), Xavi Simons (“Leypsiq”, Almaniya), Doniel Malen (“Borussiya" D., Almaniya).