"Böyük beşlik" liqalarında ən çox çempionluq yaşayan oyunçular
Hazırda karyerasını davam etdirən futbolçular arasında Avropanın TOP-5 liqasında ən çox çempionluq yaşayan oyunçuların adları bəlli olub.
Mediasport.az xəbər verir ki, zirvəni argentinalı Lionel Messi və almaniyalı Tomas Müller bölüşüb (12 dəfə).
Kinqsli Koman, David Alaba, Tyaqo Alkantara, Robert Levandovski, Manuel Noyerin hər biri 11 dəfə çempionluq yaşayıb.
Türkiyə klubu "Fənərbağça"nın yeni transferi Leonardo Bonuççi, Serxio Buskets, Marko Veratti, Andres İnyesta isə 9 dəfə çıxış etdikləri liqaların qızıl medallarına yiyələniblər.