"Azarkeşlərin görmək istədiyi oyunu oynamağa çalışırıq"
"Bu gün komandamız meydanda vuruşdu. Futbolçuların bu cür mübarizə aparmasının səbəbi onları bura dəstəkləməyə gələn azarkeşlərdir. Azarkeşlərin görmək istədiyi oyunu oynamağa çalışırıq. Oyun azarkeşlərə də xoş gəlməlidir ki, onlar da buna görə komandaya olan davamlı dəstəkləri daha da artırsınlar".
Mediasport.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov deyib.
Təcrübəli mütəxəssis Azərbaycan kubokunun 1/8 finalı çərçivəsində 3:4 hesabı ilə məğlub olduqları "Sabah"la duel barədə fikirlərini bölüşüb:
"Çalışdıq ki, mübarizə aparaq. Rəqib bu gün öz ustalığını göstərdi. Gələcəyə baxacağıq. Artıq bizim üçün kubok bitib. Bundan sonra çempionatı düşünəcəyik".