Türkiyə klubu azərbaycanlı futbolçunun keçidini açıqladı - FOTO
Türkiyə 1-ci Liqasına düşən "Ümraniyəspor" komandası "Səbail"dən heyətinə qatdığı Coşqun Diniyevin transferini rəsmiləşdirib.
MediaSport.az xəbər verir ki, klubun sosial şəbəkə hesablarında 28 yaşlı yarımmüdafiəçinin keçidi barədə paylaşım olunub.
Qeyd edək ki, Diniyev 4 gün öncə "Səbail"lə müqavilə bağlamışdı. O, yeni klubunda 1 məşqə çıxmadan Türkiyəyə yollanıb.