Lider Premyer Liqa yolunda xal itirdi, "İmişli" fürsəti qaçırmadı
Futbol üzrə Azərbaycan 1-ci Liqasında 23-cü tura start verilib.
Mediasport.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.
Çempionluğa iddialı "Qaradağ Lökbatan" doğma meydanda xal itirib.
Ən yaxın izləyicisi "İmişli" isə növbəti qələbə ilə aradakı xal fərqini 3-ə endirib.
Tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq.
Azərbaycan 1-ci Liqası. 23-cü tur
"Araz Saatlı" - "Karvan" 2:4
Qollar: Ravil Yusifli, 61, Oqtay Məmmədov, 83 - İsmael Sanoqo, 28, Peter Kinqs, 32, İzzət Müştaqov, 50, Emil Qasımov, 89.
"İmişli" - "Zaqatala" 2:1
Qollar: İbrahim Əliyev, 9, Elnur Cəfərov, 64 - Rəhman Şabanov, 45+4 (pen).
"Qaradağ Lökbatan" - MOİK 1:1
Qollar: Xəlil Bşərov, 32 - Ramil Orucov, 13..
26 aprel (cümə)
“Şamaxı” – “Difai Ağsu”
Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Tərlan Talıbazdə, Elvin Bayramov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Şamaxı şəhər stadionu, 15:30
“Mingəçevir” – “İrəvan”
Hakimlər: İslam Məmmədov, Rasim Axundov, Mirnihad Seyidov, Murad Səlimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 16:00