Beynəlxalq turnirdə 4 gimnastla 1 hakim Azərbaycanı təmsil edəcək

  Beynəlxalq turnirdə 4 gimnastla 1 hakim Azərbaycanı təmsil edəcək

Portuqaliyanın Santarem şəhərində batut gimnastikası, ikili minibatut və tamblinq üzrə "Scalabis Cup" adlı beynəlxalq turniri baş tutacaq.

Mediasport.az xəbər verir ki, yarışda tamblinq növündə 4 gimnast - Tofiq Əliyev, Bilal Qurbanov, Adil Hacızadə və Aleksey Karataşov Azərbaycanı təmsil edəcək. Azərbaycanlı hakim Rahib Əliyev isə ədalət təmsilçisi olacaq.

Turnir iyulun 11-dən 13-dək davam edəcək.