Azərbaycan çempionatı: "İdman Akademiyası"nın səfər sınağı

Azərbaycan çempionatı: "İdman Akademiyası"nın səfər sınağı

Həndbol üzrə 30-cu Azərbaycan çempionatında 7-ci turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, bu gün qadınların mübarizəsində "Kür" evdə "İdman Akademiyası"nı qəbul edəcək.

Oyun Mingəçevirdə yerləşən "Kür" Olimpiya Tədris - İdman Mərkəzində baş tutacaq.

Xatırladaq ki, tura yanvarın 21-də - "Azəryol" - "Qarabağ" matçı ilə yekun vurulacaq.

Həndbol üzrə 30-cu Azərbaycan çempionatı. 7-ci tur. Qadınların mübarizəsi

14:00 "Kür" - "İdman Akademiyası"