34 yaşında cüdoya qayıdan Qasımov: "Finalda özümə gəldim"
"Bir az da hazırlaşıb, təlim-məşq toplanışlarına qatılsam, daha yaxşı formaya düşmək olar. Normal formaya düşsəm, cüdoya davam edəcəyəm".
Mediasport.az xəbər verir ki, bu sözləri dünən 34 yaşında Azərbaycan çempionu olan cüdoçu Elmar Qasımov (100 kq) deyib.
Karyerasını bərpa edən təcrübəli idmançı birinciliyə özünü yoxlamaq üçün qatıldığını bildirib:
"Bildiyiniz kimi, iki ildir böyük arenalarda güləşmirdim. Məşqlə yarış fərqli olur. Bu, ilk görüşlərdə də özünü göstərdi. Birinci qarşılaşmada bir az barmaqlarım da ağrıyırdı. Amma finalda özümə gəldim".
Qeyd edək ki, 2016-cı il Rio Yay Olimpiya Oyunlarının gümüş medalçısı 2009-cu ildə İrəvandə gənclər arasında Avropa çempionu olmaqla Azərbaycan himnini səsləndirib.
O, karyerası ərzində ümumilikdə 18 medal qazanıb.