Qarabağ təmsilçisi İspaniyada böyük hesablarla məğlub olub
Azərbaycanın qadın həndbol komandaları Avropa Kubokunun ilk mərhələsində mübarizəni dayandırıblar.
Mediasport.az xəbər verir ki, "Kür"dən sonra, "Azəryol" və "Qarabağ" da mübarizəni erkən başa vurublar.
Bosniya və Herseqovinada yerli "Krivaya"ya hər iki görüşdə ciddi müqavimət göstərən "Azəryol" yekunda uduzub - 29:31, 25:26.
Lakin "Qarabağ" böyükhesablı məğlubiyyətlərdən qaça bilməyib. Təmsilçimiz İspaniyanın Qranolyes şəhərində “KH-7 BM Qranolyes” klubuna hər iki matçda açıq fərqlə məğlub olub - 15:48, 18:41.
Qeyd edək ki, "Kür" komandası da ötən həftə Mingəçevirdə İtaliyanın "Yomi Salerno" komandasına iki dueldə (19:29, 19:36.) uduzaraq avrokuboklarla vidalaşmışdı.
Kişilərdən ibarət “Azəryol” komandamız EHF Avropa Kubokunun II mərhələsində “Briksen” (İtaliya), “Kür” isə Xorvatiyanın “Sesvete” kollektivi ilə qarşılaşacaq.
İlk oyunlar oktyabrın 14-15-də, cavab matçları oktyabrın 21-22-də keçiriləcək.