Azərbaycan çempionu "Şamaxı"ya kubok və medallar təqdim edilib

 Azərbaycan çempionu "Şamaxı"ya kubok və medallar təqdim edilib

Futbol üzrə Azərbaycan 1-ci Liqasının qalibinin mükafatlandırma mərasimi baş tutub.

Mediasport.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilmiş tədbirdə turnirin qalibi “Şamaxı” komandasına qızıl medallar və çempionluq kuboku təqdim edilib.

Son turda çempionluğu təmin etmiş komandaya qızıl medalları Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov və PFL prezidentinin idman işləri üzrə müşaviri Məlik Həsənov təqdim ediblər.

Ardınca “Şamaxı” komandası çempionluq kubokunu başı üzərinə qaldırıb.