Seymur Səlimli Sinqapurda FİFA-nın sammitində iştirak edir

Seymur Səlimli Sinqapurda FİFA-nın sammitində iştirak edir

Sinqapurda FİFA tərəfindən 211 federasiyanın iştirakı ilə keçirilən "İntegrity Summit”i keçirilir.

Mediasport.az xəbər verir ki, sabah başa çatacaq toplantıda UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli iştirak edir.

Sammitin məqsədi oyunların toxunulmazlığı üzrə məsul şəxslərə qlobal toxunulmazlıq tendensiyaları haqqında yeni məlumatlar vermək, ən yaxşı təcrübələri bölüşməkdir.

Bundan əlavə, tədbirdə FİFA-nın yeni toxunulmazlıq təlimatı və təlim xəritəsi təqdim olunacaq.

Həmçinin, FİFA İntizam Məcəlləsinə edilmiş düzəlişlər müzakirə ediləcək, danışılmış oyunlarla əlaqəli FİFA və İdman Arbitraj Məhkəməsinin müvafiq qərarları tədqiq olunacaq.

Danışılmış oyunlarla mübarizəyə cəlb olunan FİFA, CAS və digər peşəkarların əsas məruzəçiləri məlumat mübadiləsinin möhkəmləndirilməsinə töhfə verəcəklər.