"Beşiktaş" azarkeşləri "Neftçi" ilə oyuna buraxılmayacaq? - QƏRAR

"Beşiktaş" azarkeşləri "Neftçi" ilə oyuna buraxılmayacaq? - QƏRAR

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq "Beşiktaş"ın cəzasını açıqlayıb.

mediasport.az xəbər verir ki, İstanbul təmsilçisinin azarkeşlərinin II təsnifat mərhələsinin "Tirana" ilə cavab matçında intizamsız davranışları klubu 40 min avro ziyana salıb.

Qitənin ali futbol qurumunun qərarına görə, analoji hadisə təkrarlanarsa, Türkiyə klubu növbəti səfər oyununda azarkeş dəstəyindən məhrum ediləcək.

Yəni, avqustun 10-da Bakıda baş tutacaq "Neftçi" - "Beşiktaş" görüşündə "qara qartallar"ın azarkeşləri stadiona buraxılacaqlar.