Azərbaycan futbolu tarixinin avrokuboklarda yubiley nəticəsi

Azərbaycan futbolu tarixinin avrokuboklarda yubiley nəticəsi

“Qarabağ”ın “Frayburq”la heç-heçəsi Azərbaycan futbolu tarixinə düşüb.

mediasport.az xəbər verir ki, Avroliqanın 6-cı turunda qeydə alınan nəticə Azərbaycan futbolu tarixinə qitə kuboklarındakı 100-cü heç-heçə kimi düşüb.

Bu oyunadək təmsilçilərimiz avrokuboklarda 411 oyunda 99 dəfə bərabərə qalıb. 412-ci qarşılaşma 100-cü "sülh"lə nəticələnib. Evdə 64, səfərdə 36 heç-heçəmiz var. Bu heç-heçələrdən 60-ı Avropa Liqası (əvvəlki UEFA kuboku), 28-i Çempionlar Liqası, 7-si Konfrans Liqası, 3-ü İntertoto kuboku, 2-si Kuboklar kubokuna təsadüf edib.