Şeydayev növbəti dəfə "Buriram Yunayted"ə lazım olmayıb - VİDEO

Şeydayev növbəti dəfə "Buriram Yunayted"ə lazım olmayıb - VİDEO

Tailand Premyer Liqasında 6-cı turun təxirə salınmış oyunu keçirilib.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Buriram Yunayted" səfərdə lider "Banqkok Yunayted"i məğlub edib.

Yığmamızın hücumçusu artıq bir neçə oyundur ki, şans qazanmır. Əvvəlki 5 matçda olduğu kimi, Şeydayevin adı bu dəfə də iştirak ərizəsinə salınmayıb.

Xalını 30-a çatdıran Buriram təmsilçisi turnir cədvəlində ikinci pilləyə yüksəlib.

Tailand Premyer Liqası. 6-cı tur (təxirə salınmış oyun)

"Banqkok Yunayted" - "Buriram Yunayted" 0:1