"Qarabağ" qrup mərhələsində ardıcıl ikinci qələbəsini qazanıb!

"Qarabağ" qrup mərhələsində ardıcıl ikinci qələbəsini qazanıb!

UEFA Avropa Liqasının qrup mərhələsində 2-ci tura start verilib.

Mediasport.az xəbər verir ki, yarışda Azərbaycanın yeganə təmsilçisi "Qarabağ" İsveçdə "Hekken"in qonağı olacaq.

Kifayət qədər çətin keçən görüşdə Azərbaycan çempionu skandinavlara qalib gəlməklə cari qrup mərhələsində ikinci qələbəsini rəsmiləşdirib.

Qrupun digər matçında "Molde" Norveçdə Almaniyanın "Bayer" klubuna məğlub olub - 1:2.

2 turdan sonra "Qarabağ" və "Bayer" 6 xalla 1-2-ci yerləri bölüşdürürlər. "Hekken"lə "Molde"nin xalı yoxdur.


UEFA Avropa Liqası. Qrup mərhələsi. 2-ci tur


23:00 "Hekken" (İsveç) - "Qarabağ" (Azərbaycan) 0:1

Qol: Olavio Juninyo, 70.

Baş hakim: Sebastyan Qishamer (Avstriya)

Göteborq, "Ullevi" stadionu.

"Hekken": 26. Peter Abrahamson, 13. Simon Sandberq, 3. Yohan Hammar, 4. Ayham Usu, 21. Tomas Totland, 18. Mikkel Riqaard, 11. Samuel Qustafson (k), 14. Simon Qustafson, 24. Amor Layuni, 17. Eduard Çilufya, 23. Mamadu Sonko.

Baş məşqçi: Per-Matias Höqmo.

"Qarabağ": 99. Andre Lunyov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 6. Julio Romao, 8. Marko Yankoviç, 77. Yassin Benzia, 10. Abdullah Zubir, 18. Juninyo Olavio, 15. Leandro Andrade.

Baş məşqçi: Qurban Qurbanov.