DÇ-2026: Benzia oynadı, milli komandası "comeback" etdi

DÇ-2026: Benzia oynadı, milli komandası "comeback" etdi

"Qarabağ"ın futbolçusu Yassin Benzianın formasını geyindiyi Əlcəzair millisi vacib qələbə qazanıb.

Mediasport.az xəbər verir ki, Vladimir Petkoviçin baş məşqçisi olduğu kollektiv DÇ-2026-nın seçmə qrup mərhələsi çərçivəsində Uqanda yığmasının qonağı olub.

İlk hissədə hesabda geri düşən əlcəzairlilər fasilədən sonra geridönüş edərək qalib gəliblər - 2:1.

Ağdam klubunun üzvü meydana 69-cu dəqiqədə daxil olub.

Əlcəzair seçməsi 4 turdan sonra 9 xalla liderliyini qoruyub.