Olimpiadaya ilk lisenziyanı Əliabbas Rzazadə qazandı
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə (57 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Mediasport.az xəbər verir ki, 26 yaşlı idmançı Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin yarımfinalında Şimali Makedoniya təmsilçisinə qalib gəlib.
26 yaşlı Avropa çempionumuz Vladimir Yeqorovdan 4:3 hesabı ilə üstün olub.
Bununla Azərbaycanın "Paris-2024"ə lisenziya qazanan idmançılarının sayı 12-yə yüksəlib.
Sərbəst güləşçilərimizdən olimpiadaya daha əvvəl yalnız Maqomedxan Maqomedov (97 kq) isenziya əldə etmişdi.
Xatırladaq ki, bu turnirdə finala vəsiqə qazanan idmançılar "Paris-2024"də iştirak hüququ əldə edirlər.
Bir qədər sonra daha 4 sərbəst güləşçimiz lisenziya görüşlərinə çıxacaq.
Avropa Olimpiya Təsnifat turniri. Yarımfinal
57 kq
Əliabbas Rzazadə - Vladimir Yeqorov (Şimalı Makedoniya) 4:3
65 kq
Hacı Əliyev - İslam Dudayev (Albaniya)
74 kq
Turan Bayramov - Frank Çamizo Markez (İtaliya)
86 kq
Osman Nurmaqomedov - Vasili Mixaylov (Ukrayna)
125 kq
Georgi Meşvildişvili - Alen Xubulov (Bolqarıstan)