DÇ-2023: Son iki qadın güləşçimiz bu gün mübarizəyə başlayacaq
Bu gün Azərbaycanın son iki qadın güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında mübarizəyə başlayacaq.
Mediasport.az xəbər verir ki, 53 kq çəki dərəcəsində çıxış edən Elnurə Məmmədova 1/16 finalda rumıniyalı Andre Ana ilə qarşılaşacaq.
62 kq-da təmsilçimiz Elis Manolova isə təsnifatda Venesuela təmsilçisi Natali Errera ilə üz-üzə gələcək.
Qeyd edək ki, qadın güləşçilərdən Mariya Stadnik (50 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq) və Birgül Soltanova (65 kq) mundialı uğursuz başa vurublar.