Azərbaycan idmançısı Rusiyada dünya çempionu adını qazanıb

Azərbaycan idmançısı Rusiyada dünya çempionu adını qazanıb

Azərbaycan idmançısı Əli Əsgərov güc idman növündə dünya çempionu olub.

Mediasport.az saytı xəbər verir ki, təmsilçimiz Rusiyanın paytaxtı Moskvada keçirilən ilk dünya çempionatında (“World Championship Powersport WPSO”) qızıl medal qazanıb.

90 kq çəkidə mübarizə aparan idmançımız Benç press növündə 190 kiloqramın öhdəsindən layiqincə gəlib.

Əsgərov dünyanın müxtəlif ölkələrindən 300-dən çox idmançının mübarizə apardığı yarışda birinci yeri tutub.

Qeyd edək ki, o, güc idman növləri üzrə Avrasiya çempionu və pauerliftinq üzrə dünya üçüncüsüdür.