Federasiya prezidenti Avropa Kubokuna çıxan yığma ilə görüşüb

Federasiya prezidenti Avropa Kubokuna çıxan yığma ilə görüşüb

Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev və Rəyasət Heyətinin üzvləri kişilərdən ibarət 3x3 basketbol üzrə milli ilə görüşüb.

Mediasport.az xəbər verir ki, federasiya rəhbəri Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanan yığmanı təbrik edərək, onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Xatırladaq ki, yığmamız Kosovonun paytaxtı Priştinada təşkil edilən təsnifat mərhələsinin qalibi olub.

Qadınlardan ibarət komandamız da eyni uğuru əldə edib.