Azərbaycan komandası Bakıda beynəlxalq turnirdə ikinci oldu

Azərbaycan komandası Bakıda beynəlxalq turnirdə ikinci oldu

"Sea Breeze Padel Cup" beynəlxalq turnirinin ilk mərhələsi yekunlaşıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan təmsilçiləri Tamerlan Əzizovla Yusif Rzayev ikinci olublar.

Ölkəmizlə yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Rusiya, Bolqarıstan, Ukrayna Böyük Britaniya da yarışda təmsil olunub.

Turnirin qızıl medallarına 32 nəfər arasında Vasil Mladenov - Kirill Dimitrov cütü (Bolqarıstan) yiyələnib.