Federasiya “Biz bir ölüb, min dirilərik” devizi ilə turnir keçirəcək
Azərbaycan Stolüstü Tennis federasiyası “Biz bir ölüb, min dirilərik” devizi ilə respublika turniri keçirəcək.
mediasport.az xəbər verir ki, 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil ediləcək yarışda Azərbaycanın müxtəlif bölgələrindən idmançılar qüvvələrini sınayacaqlar.
28-29 oktyabr tarixlərində Sumqayıt şəhərində yerləşən “Qarabağ NN” stolüstü tennis idman klubunda keçiriləcək turnirdə 2012-ci il təvəllüdlü və daha az yaşlı idmançılar iştirak edəcəklər. Qaliblərə Gənclər və İdman nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom, medal və qiymətli hədiyyələri təqdim olunacaq.