Skopyedə Avropa çempionatında ölkəmizi iki idmançı təmsil edəcək

Skopyedə Avropa çempionatında ölkəmizi iki idmançı təmsil edəcək

21 yaşadək stolüstü tennisçilərdən ibarət Azərbaycan yığması ilk dəfə Avropa çempionatında iştirak edəcək.

Mediasport.az xəbər verir ki, Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək qitə birinciliyində ölkəmiz 2 idmançı ilə təmsil olunacaq.

Millinin baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi altında Zemfira Mikayılova və Ləman Abdulhəmidova yarışda mübarizə aparacaqlar. Hər iki idmançı şəxsi reytinqlərinə əsasən iştirak hüququna yiyələniblər.

Qitə birinciliyi sabah başlanıb yanvarın 28-də yekunlaşacaq.