Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa birinciliyində iştirak edəcəklər.

Mediasport.az xəbər verir ki, sabah start götürəcək turnirdə 4 idmançımız mübarizə aparacaq.

Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli və Banu Baytallı millinin məşqçiləri Mixail Timofeyev ilə Elnur Hidayətzadənin rəhbərliyi altında yarışacaq.

Yarışda beynəlxalq dərəcəli hakim Zaur Mikayılov da iş başında olacaq.