Dünyanın 17 ölkəsi Beynəlxalq turnir üçün Azərbaycana gəlir

Dünyanın 17 ölkəsi Beynəlxalq turnir üçün Azərbaycana gəlir

26 noyabr-11 dekabr tarixlərində Azərbaycanda beynəlxalq tennis yarış təşkil olunacaq..

mediasport.az xəbər verir ki, Azərbaycan Tennis federasiyası (ATF) və Beynəlxalq Tennis Federasiyasının birgə əməkdaşlığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakı Tennis Akademiyasında 18 yaşlı idmançılar arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan J4 Baku (Grade 4) turnirləri keçiriləcək.

Nisbətən yüksək reytinq verən bu turnirlər ölkəmizdə ilk dəfə təşkil ediləcək. Yarışlarda Azərbaycanla yanaşı, Belarus, Bolqarıstan, Fransa, Gürcüstan, Xorvatiya, İran, İsrail, İtaliya, Kanada, Özbəkistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Türkiyə və Ukraynadan çox sayda qız və oğlan tennisçilər iştirak edəcəklər.