Milli komandamız FİFA-nın yeni reytinqində 124-cü yerə düşdü

Milli komandamız FİFA-nın yeni reytinqində 124-cü yerə düşdü

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

mediasport.az xəbər verir ki, Azərbaycan yığması sıralamada 3 pillə geriləyərək 124-cü yerə düşüb.

Canni De Byazinin baş məşqçisi olduğu kolllektivin aktivində 1142 xal var.

AÇ-2024-ün seçmə qrup mərhələsində keçirdiyi hər iki görüşdə - Avstriya (1:4) və İsveçə (0:5) böyük hesabla uduzan yığmanın uğursuzluğu sıralamaya təsirsiz ötüşməyib. Yığma Avropa komandaları arasında isə 46-cı sırada qərarlaşıb.

Reytinqdə lider dəyişikliyi baş verib. Ötən il Qətərdə keçirilən Dünya çempionatının qalibi adını qazanmış Argentina millisi 1840 xalla birinciliyiə yüksəlib. Fransa ikinci, Braziliya üçüncüdür.


İlk “10-luq”

1.Argentina – 1840 xal

2.Fransa – 1838

3.Braziliya – 1834

4.Belçika – 1792

5.İngiltərə - 1792

6.Niderland – 1731

7.Xorvatiya – 1730

8.İtaliya – 1713

9.Portuqaliya – 1707

10.İspaniya – 1682


Milli komandamızın AÇ-2024-ün seçmə mərhələsində yer aldığı "F" qrupu:

4. Belçika – 1792

22. İsveç - 1558

32. Avstriya – 1508

108. Estoniya - 1182

124. AZƏRBAYCAN – 1142


Postsovet məkanı:

30. Ukrayna - 1530

37. Rusiya - 1495

74. Özbəkistan – 1318

77. Gürcüstan – 1311

96. Qırğızıstan - 1225

97. Ermənistan – 1224

98. Belarus – 1210

108. Estoniya – 1182

109. Tacikistan – 1182

112. Qazaxıstan - 1177

124. AZƏRBAYCAN – 1142

132. Latviya - 1110

137. Türkmənistan - 1095

146. Litva - 1068

171. Moldova - 972