Renat Dadaşov "Bazel"lə görüşdə komandasına qələbə qazandırdı

Renat Dadaşov "Bazel"lə görüşdə komandasına qələbə qazandırdı

İsveçrə Super Liqasında 16-cı turun oyunları keçirilir.

mediasport.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshoppers" doğma meydanda çempionluğa oynayan "Bazel"i qəbul edib.

Cari mövsüm uğurlu oyunları ilə diqqəti çəkən yığmamızın forvardı komandasına güclü rəqib üzərində qələbə qazandıran qolun müəllifi olub. 24 yaşlı futbolçunun 34-cü dəqiqədə vurduğu qol görüşün yekun nəticəsini müəyyənləşdirib - 1:0.

İsveçrə Super Liqasında vurduğu qolların sayını 4-ə çatdıran Dadaşov 1 assist edib. Komandası bu qələbədən sonra 20 xalla 7-ci pilləyə yüksəlib. Turnir cədvəlinə 32 xalla "Yanq Boyz" başçılıq edir.