Klub rəhbərliyi Mahirlə görüşdü, onu göndərmək istəyirlər
Zaqreb “Dinamo”su millimizin hücumçusu Mahir Emreli ilə müqaviləni pozmağa hazırlaşır.
MediaSport.az xəbər verir ki, Xorvatiya təmsilçisi FİFA-nın 25 yaşlı futbolçunu cəzalandırmasından sonra onunla yolları ayırmağı düşünür.
Xorvatiya mətbuatı yazır ki, hücumçu ilə görüşən rəhbərlik onunla vidalaşmaq istədiyini bildirib. Klubun bugünlərdə yekun qərar verəcəyi gözlənilir.
Mahir sabiq klubu “Legiya” ilə müqaviləsindəki maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün FİFA tərəfindən barəsində futboldan müvəqqəti kənarlaşdırılması qərarı verilib. Emreli Varşava klubuna qalan 105 min avro məbləği dünən ödəsə də, hələlik ali futbol qurumu onunla bağlı ləğv qərarı açıqlamayıb.
Bütün olanlara əsas səbəbi xatırlasaq, 2021-ci il dekabrın 12-də "Legiya" Plotsk “Visla”sı ilə səfər oyunundan qayıdarkən azarkeşlər komandanın avtobusuna hücum edərək Emreli və Lukinyası yumruqla vurublar. Nəticədə azərbaycanlı futbolçu klubdan ayrılaraq “Dinamo”ya keçib.