Azərbaycan milli komandasının Olimpiya lisenziyası təsdiqlənib
Beynəlxalq Gimnastika Federasiyası qrup hərəkətləri üzrə Azərbaycan komandasının Paris Olimpiadasına lisenziyasını təsdiqləyib.
Mediasport.az xəbər verir ki, komandamız Avropa çempionatının yekunlarına əsasən Fransa paytaxtına vəsiqə qazanıb.
Zeynəb Hümmətova, Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilə Əliyeva və Yelizaveta Luzandan ibarət komanda Avropa çempionatında sahibini tapan yeganə lisenziyanı əldə edib.
Yığmamız çoxnövçülükdə dördüncü yeri tutmaqla bu uğura nail olub.