İlin son çempionatlarının keçiriləcəyi tarix açıqlanıb

İlin son çempionatlarının keçiriləcəyi tarix açıqlanıb

Bakıda keçiriləcək ilin son gimnastika çempionatlarının tarixi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, batut gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı və Bakı birinciliyi, tamblinq üzrə 19-cu Azərbaycan çempionatı və Bakı birinciliyi ilin son milli yarışları olacaq.

Yarışlar dekabrın 10-da Milli Gimnastika Arenasında keçiriləcək. Ümumilikdə 99 idmançı (batut üzrə 70, tamblinq üzrə 29) birincilik uğrunda mübarizə aparacaq.

Tamblinq yarışında uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2007-2010) və böyüklər (2006-cı il və daha böyük) yarışacaqlar. Qaliblər təsnifat mərhələsində iki çıxışın cəminə əsasən müəyyənləşəcək.

Batutda isə fərdi çoxnövçülükdə balacalar (2016), uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2007-2010), böyüklər (2006-cı il və daha böyük təvəllüdlülər) mübarizə aparacaqlar. İştirakçılar uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyasında sinxron proqramda da qüvvələrini sınayacaqlar.