Paris-2024 Yay Olimpiya Oyunlarının biletləri satışa çıxarılıb

Paris-2024 Yay Olimpiya Oyunlarının biletləri satışa çıxarılıb

Yayda Fransanın paytaxtı Parisdə keçiriləcək olimpiya oyunlarının biletləri satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, olimpiadanı izləmək istəyən azarkeşlər üçün portal istifadəyə verilib.

Dünyanın istənilən ölkəsindən olan tamaşaçılar biletləri www.hospitalitytravelpackages.paris2024.org linki vasitəsilə əldə edə bilərlər.

Paris-2024 Yay Olimpiya Oyunları 26 iyul - 11 avqust tarixləri aralığında keçiriləcək.