Paris-2024: Azərbaycanın ilk idmançısı mübarizəyə başlayır
Azərbaycanın ilk təmsilçisi Paris-2024 Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə başlayacaq.
Mediasport.az xəbər verir ki, komandamızın üzvü Yaylagül Ramazanova kamandan oxatma yarışlarında qüvvəsini sınayacaq.
Təmsilçimiz 64 idmançının qatılacağı sıralama turuna 30-cu cütdə start verəcək.
Yarış Bakı vaxtilə saat 11:30-da başlanacaq və Ramazanova türkiyəli Elif Berra Gokkirlə paralel yarışacaq.
Xatırladaq ki, Azərbaycan Fransada 48 idmançı ilə təmsil olunur.
Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.
Rəsmi açılışı iyulun 26-da olacaq olimpiadaya avqustun 11-də yekun vurulacaq.