Millimiz AÇ oyunları üçün təlim-məşq toplanışına başlayıb

Millimiz AÇ oyunları üçün təlim-məşq toplanışına başlayıb

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb.

Mediasport.az xəbər verir ki, yığmamızın hazırlığı noyabrın 12-dək davam edəcək.

Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv noyabrın 13-də Avropa çempionatının seçmə mərhələ oyunları üçün Lüksemburqa yollanacaq.

Mütəxəssis ilkin heyətə 20 futbolçu çağırıb. Yekun siyahı Qəbələ toplanışından sonra müəyyənləşəcək:

Sadiq Məmmədzadə, Əkbər Eyubov, Zaman Zamanlı, Adəm Topalov, İftixar İbrahimov (hamısı “Səbail”), Rəvan Mirzəmmədov, Fəxri Məmmədli, Həmzaəlı Mikayılov, Tuncay Cəfərli (hamısı “Sabah”), Hüseyn Hüseynov, Sadiq Şəfiyev, Cavid Qasımov (hamısı “Turan Tovuz”), Rüfət Abbasov, Nihad Əliyev, Murad Məmmədov (hamısı “Neftçi”), Xəyal Fərzullayev (“Sumqayıt”), Saleh Süleymanov (“Cəbrail”), Arzu Atakişiyev (“Kəpəz”), Uğur Səfərov (“Qarabağ”), Murad Ələkbərov (“Zirə”).

Qeyd edək ki, 11-ci qrupda yer alan millimiz noyabrın 15-də Bosniya və Herseqovina, 18-də Niderland, 21-də isə Lüksemburqla qarşılaşacaq.