Ozan Candan məhsuldar ötürmə, komandası darmadağın edilib

Ozan Candan məhsuldar ötürmə, komandası darmadağın edilib

Futbol üzrə Niderland 1-ci Divizionunda 34-cü turun görüşləri davam edir.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün uğurları üçün çalışdığı "Eyndhoven" "Yanq PSV" ilə qarşılaşıb. Matç qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb (5:2).

Ozan Can oyuna start heyətdə başlayıb və sona qədər mübarizə aparıb. O, komandasının 47-ci dəqiqədə vurduğu qolun məhsuldar ötürməsini edib.

34 turdan sonra 38 xal toplayan "Eyndhoven" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.