Millimiz Türkiyə ilə heç-heçə etdi

  Millimiz Türkiyə ilə heç-heçə etdi

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyədə ikinci yoldaşlıq matçına çıxıb.

Mediasport.az xəbər verir ki, yığma hazırlıq çərçivəsində Türkiyənin müvafiq yaş qrupundan ibarət komanda ilə qarşılaşıb.

Xatırladaq ki, bir neçə gün öncə millimiz Türkiyəyə 0:4 hesabı ilə uduzmuşdu.

Yoldaşlıq oyunu

12 sentyabr

Türkiyə (U-17) - Azərbaycan (U-17) 0:0

"Darıca" stadionu