Azərbaycan cüdoçusu dünya çempionu oldu - 10 ildən sonra
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən dünya çempionatının ilk günündə cüdoçularımız uğurlu çıxışla yadda qalıblar.
mediasport.az xəbər verir ki, komandamız aktivinə 1 qızıl, 1 gümüş və 1 bürünc medal yazdırıb.
Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası son onillikdə dünya çempionatında ilk dəfə qızıl medal əldə edib (yalnız 2013-cü ildə Natiq Qurbanlı yeniyetmələr arasında dünya çempionu titulunu qazanıb). Budəfəki mundialda 50 kq çəkidə yarışan Nihad Məmişov bütün rəqiblərindən güclü olub.
50 kq-da digər təmsilçimiz Məhəmməd Məmişov gümüş, 55 kq-da isə Mirxaliq İsgəndərov dünya üçüncüsü adını qazanıb.
Cüdoçularımızın yarışın ilk günündə qazandıqları nəticə yeniyetmələr arasında Dünya çempionatlarında ayrılıqda olaraq qazanılan ən yüksək nəticədir.