Bu mütəxəssis Azərbaycan yığmasından istefaya göndərildi
Cüdo üzrə Azərbaycan yığmasının performans direktoru Mark van der Ham istefa verib.
mediasport.az xəbər verir ki, niderlandlı mütəxəssis Qətərin paytaxtı Dohada keçirilmiş dünya çempionatındakı uğursuzluqdan sonra istefa ərizəsini federasiyaya təqdim edib.
O, cüdo millimizdə 2022-ci ildən çalışırdı. Kişilərdən ibarət komandamızın baş məşqçisi, almaniyalı Riçard Trautman vəzifəsində qalıb.