Cüdoçularımız Avropa Kuboku turnirində iştirak edəcəklər

Cüdoçularımız Avropa Kuboku turnirində iştirak edəcəklər

Gənc cüdoçulardan ibarət Azərbaycan millisi İtaliyanın Liqnano şəhərində Avropa Kuboku turnirində iştirak edəcək.

Mediasport.az xəbər verir ki, mayın 20-dən 21-dək davam edəcək yarışa 29 ölkədən 496 idmançı qatılacaq.

Yığmamız birincilikdə oğlanlar arasında 6 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.

60 kq çəkidə Nizami İmranov, Nurlan Kərimli, Babarəhim Mirzəyev, 66 kq-da Zahir Ağazadə, Məhəmməd Musayev, Eltac Yusifli, 81 kq çəkidə Süleyman Şükürov, Mamed Əzizbekov, Məmmədrza Hacızadə, Qadir Hüseynov, 90 kq-da İsmayıl Zamanov, 100 kq-da Əjdər Bağırovla Nihad Şıxəlizadə və 100 kq + çəki dərəcəsində Ramazan Əhmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa çalışacaq.

Qeyd edək ki, komandamıza gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov rəhbərlik edəcək.