"Zirə" yoluna itkisiz davam edir, "Veteran" 4 cavabsız qolla uduzub

  "Zirə" yoluna itkisiz davam edir, "Veteran" 4 cavabsız qolla uduzub

Minifutbol üzrə Azərbaycan çempionatında 6-cı tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutub.

"Zirə" "Qalaxy Bakı"nı məğlub edib və ardıcıl 6-cı qələbəsini qazanıb.

Xatırladaq ki, onlar hazırda yarışın turnir cədvəlinə 18 xalla başçılıq edir.

Minifutbol üzrə Azərbaycan çempionatı. 6-cı tur

"Abşeron" - "Dirçəliş" 3:3

"Birbaşa Bakı" - "Aznur" 5:2

"Veteran" - "İnter" 0:4

"Zirə" - "Qalaxy Bakı" 6:2