Dünya çempionuna uduzan millimiz bosniyalılara "divan" tutdu

Dünya çempionuna uduzan millimiz bosniyalılara "divan" tutdu

Mini-futbol üzrə Azərbaycan milli komandasının Monteneqroda təlim-məşq toplanışını davam edir.

Mediasport.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv beynəlxalq turnir çərçivəsində iki görüş keçirib.

Son dünya çempionu Rumıniyaya 0:1 hesabı ilə məğlub olan milli Bosniya və Herseqovinaya 6 cavabsız qol vurub.

Komandamızın qollarına Mirkamil Əliyev, Təmkin Xəlilzadə, Ağaseyid Qasımov, Təmraz Əmircanov, Ramiz Çovdarov və Kamran Qürbətov imza atıblar.

Futbolçularımız bu gün ev sahibi ilə qarşılaşacaq.