"Səbail"dən 100-cü səfər qolu

 "Səbail"dən 100-cü səfər qolu

"Səbail" Azərbaycan çempionatlarında 100-cü səfər qoluna imza atıb.

Mediasport.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XXI turunun “Turan Tovuz”la oyununda (1:1) reallaşıb.

Yubiley qolunu Madi Keta vurub.

100-cü qol rəqib meydanlarındakı 113-cü matça təsadüf edib. “Səbail” Azərbaycan çempionatları tarixində səfərdəki qol sayı üç rəqəmlə ifadə olunan 19-cu komanda olub.

Qeyd edək ki, “Səbail” ilk səfər qolunu 2017-ci il avqustun 13-də “Zirə” ilə matçda (1:2) vurub. Həmin topun müəllifi Vüqar Nadirov olub.