"Uşaqlar pis oynamadılar, sona qədər mübarizə apardıq"
Futzal üzrə Azərbaycan yığması DÇ-2024-ün elit-raund mərhələsində qrup oyunu çərçivəsində səfərdə Rumıniya millisi ilə qarşılaşıb.
Mediasport.az xəbər verir ki, komandamız meydan sahiblərinə 1:3 hesabı ilə məğlub olub.
Yığmamızın baş məşqçisi Vitali Borisov federasiyanın saytına danışıb, görüş haqda fikirlərini bölüşüb:
“Uşaqlar pis oynamadılar. Sona qədər mübarizə apardıq. Rəqib qapıçı çox yaxşı dayandı. İki standart vəziyyətdən və bir səhvdən sonra qollar buraxdıq. Futzalda standart vəziyyətlər oyunun nəticəsinin 70 faizini müəyyənləşdirir. Rəqib bundan maksimum istifadə etdi, biz isə yararlana bilədik. Komandamdan narazı deyiləm. Əllərindən gələni etdilər ki, məğlubiyyətdən qaçaq.
Sentyabrın 20-də Niderlandla keçirəcəyimiz oyuna hazırlaşacağıq. Hələ mübarizə başa çatmayıb və heç nə məlum deyil. Oyunların çoxu qarşıdadır. Bu oyunda statistik göstəricilər komandamızın tərəfində olsa da, 3 xalı itirən tərəf biz olduq”.
Qeyd edək ki, futzalçılarımız sentyabrın 20-də Bakıda Niderland seçməsi ilə qarşılaşacaqlar.