Azərbaycan idmançısı beynəlxalq turnirdə gümüş medal qazandı
Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra İranda keçirilən XXXIII “Iran Fajr International Challenge” turnirində gümüş medal qazanıb.
Mediasport.az xəbər verir ki, qadın badmintonçuların şəxsi yarışında mübarizəyə 1/32 finaldan başlayan 21 yaşlı milli üzvü finala gedən yolda İran, Türkiyə, Bolqarıstan və Hindistandan olan rəqiblərinə qalib gəlib.
Keişa qızıl medal uğrunda keçirilən həlledici qarşılaşmada Türkiyə badmintonçusu Neslihan Arınla üz-üzə gəlib. Oyun turnirin reytinq favoriti olan rəqibin 2:0 (21:17, 21:14) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Keişa Fatimə Zəhra hazırda Dünya Badminton Federasiyasının reytinq siyahısında 49-cu sırada qərarlaşıb.