"Kəpəz" son 12 mövsümdə ilk dəfə ardıcıl iki oyunda azı 2 qol vurur
“Kəpəz” son 12 mövsümdə ilk dəfə evdə keçirdiyi ardıcıl iki matçda qonaqların qapısına minimum üç qol vurub.
Mediasport.az xəbər verir ki, Gəncə təmsilçisi buna Misli Premyer Liqasının XXI turunda evdə "Sabah"ı 3:2 hesabı ilə məğlub etməklə nail olub.
"Sarı-göylər" XIX turda "Turan Tovuz"a 5:2 hesabı ilə qalib gəlib.
Qərblilər sonuncu dəfə 2011/2012 mövsümündə belə göstəriciyə imza atıb.
Gəncə təmsilçisi 2012-ci ilin martında “Qəbələ”ni 3:2, “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, “Kəpəz”in evdə ardıcıl üç və ya daha çox top vurduğu oyunların sayındakı rekordu 7 matçdan ibarətdir. Bu seriya 1997-1998-ci illərdə qeydə alınıb.