Azərbaycan millisinin baş məşqçisi "Neftçi"ni də çalışdıracaq - RƏSMİ

Azərbaycan millisinin baş məşqçisi "Neftçi"ni də çalışdıracaq - RƏSMİ

"Neftçi”nin qadın komandasına yeni baş məşqçi təyin olunub.

Mediasport.az xəbər verir ki, qadınlardan ibarət Azərbaycan millisini çalışdıran Siyasət Əsgərovla mövsümün sonuna qədər müqavilə bağlanıb.

Siyasət Əsgərov məşqçilik fəaliyyətinə 2007-ci ildə MOİK-in əvəzedici heyətində köməkçi məşqçi kimi başlayıb.

2008-2009-cu illərdə MOİK-də baş məşqçi, 2009-2010-cu illərdə MOİK-in əvəzedici heyətində baş məşqçi, 2010-2012-ci illərdə 17 yaşadək qızlardan ibarət milli komandada məşqçi kimi çalışıb.

2013-cü ildən 19 yaşadək qızlardan ibarət yığmada məşqçi, 17 yaşadək qızlardan ibarət millidə baş məşqçi, 15 yaşadək qızlardan ibarət milli komandada isə məşqçi kimi fəaliyyət göstərir.

Əsgərov Azərbaycan yığmasında baş məşqçi fəaliyyətini davam etdirəcək.