"Azərbaycanla oynayacağımız bu iki oyun çox kritik önəm daşıyır"
"Azərbaycanla oynayacağımız bu iki oyun çox kritik önəm daşıyır".
Mediasport.az xəbər verir ki, bunu qadınlardan ibarət Türkiyə millisinin baş məşqçisi Necla Güngör Kıragası deyib.
Çalışdırıcı AVRO-2025-in seçmə mərhələsinin B liqasında yığmamızla keçiriləcək oyunları dəyərləndirib. O, 2 qələbə sayəsində pley-offa yüksəlmə ehtimallarının olduğunu bildirib:
"Azərbaycanla oyunlara yüksək səviyyədə hazırlaşmışıq. Seçmə mərhələsinə İsveçrə məğlubiyyəti ilə başlasaq da, Macarıstana qalib gələ bildik. İndi Azərbaycanla qarşılaşmalar xəyallarımızın gerçəkləşməsi baxımından böyük önəm kəsb edir. Burada qazanacağımız qələbə sayəsində Bakıya yüksək əhval-ruhiyyədə yollanmaq istəyirik. Orada da qələbə qazanıb, pley-off hədəfinə çata bilərik".
Qeyd edək ki, Türkiyə ilə Azərbaycan yığmaları arasında ilk oyun bu gün Erzincanda olacaq.
Komandalar iyunun 4-də isə Bakıda üz-üzə gələcəklər.