Azərbaycan Premyer Liqası klublarının qazancı: 47 milyon avro

Azərbaycan Premyer Liqası klublarının qazancı: 47 milyon avro

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların 2023-cü ildə gəlirləri müəyyənləşib.

Mediasport.az xəbər verir ki, hesabat UEFA-nın təqdimatında açıqlanıb.

Liqada çıxış edən 10 klub ümumilikdə 47 milyon avro gəlir əldə edib. Bu məbləğin 18 milyon avrosu (38 faiz) kommersiyanın payına düşür.

16 milyon avro (33 faiz) UEFA-nın klublarımıza ödənişidir. Digər gəlirlər 13 milyon avro (27 faiz), bilet satışından qazanc isə 1 milyon avro (2 faiz) təşkil edir.